Vətən Müharibəmizin 41-ci günü BBC-yə müsahibə verən Prezident İlham Əliyev bəyan etdi ki, "Ermənistan işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı üzərinə öhdəlik götürməsə, biz sona qədər vuruşacağıq". Bunun təsdiqi kimi Ordumuz Ermənistan silahlı qüvvələrinin Ağdərə yaxınlığındakı atış nöqtələrinə çıxarılan D-30 haubitsasını və Tərtər rayonunun işğal olunmuş Göyarx kəndinin ərazisindəki atış nöqtələrinə çıxarılan minaatanlarını heyətilə birlikdə məhv etdi. Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçdı. Artıq düşmənin müqavimət imkanları tamamilə tükənmişdi. Qarşıda onları Azərbaycan əsgərinin qarşısında aciz vəziyyətdə çırpınacaqları daha 3 gün gözləyirdi...