29
Sentyabr

29 Sentyabr


Vətən Müharibəmizin 3-cü günü Şanlı Ordumuzun düşmənə endirdiyi zərbələrin xəbərlərilə başladı. Ermənistan silahlı qüvvələrinin Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü "Martuni" motoatıcı alayı darmadağın olundu. Bir neçə yüksək rütbəli zabit məhv edildi. Madagiz və Talış istiqamətində erməni hərbi birləşmələri ağır zərbələr aldı. Xain düşmənin gücü yenə də Tərtər rayonunun dinc əhalisini atəşə tutmağa çatdı. Lakin Azərbaycan xalqının əzmini heç nə sındıra bilməzdi. Qarşıda hələ düşmənin qəddini bükəcək daha 41 gün vardı...

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.