04
Oktyabr

4 Oktyabr


Vətən müharibəmizin 8-ci günündə çətin relyefə və ağır şərtlərə baxmayaraq, durmadan irəliləyən Ordumuzla bacarmadığı üçün ermənilər Gəncə və Mingəçeviri raket atəşinə tutdular. Amma Ali Baş Komandan İlham Əliyevin "Twitter" səhifəsində verdiyi xəbər yaralara məlhəm oldu: Cəbrayıl şəhəri işğaldan azad edilib! Həmçinin Cəbrayılın Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Dəjəl, Mahmudlu, Cəfərabad və Horovlu kəndləri də düşməndən təmizləndi. Axşam isə Milli Qəhrəman Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağının sancıldığı xəbəri gəldi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.