23
Oktyabr

23 Oktyabr


Vətən Müharibəmizin 27-ci günü Prezident İlham Əliyev Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Zəngilan rayonunun Vənədli, Mirzəhəsənli, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı, Alaqurşaq kəndlərinin işğaldan azad edildiyini açıqladı. Artıq bütün xalq hər gün bir nəfər kimi Ali Baş Komandanın tvitlərini gözləyir, dövlət başçımız da ənənəni pozmayaraq hər gün insanları sevindirirdi. Qarşıda düşməni dəmir yumruq zərbələrilə torpaqlarımızdan qovacağımız daha 17 gün vardı hələ...

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.