Vətən Müharibəmizin 33-cü günü düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd “T-72” tankı, 2 ədəd BM-21 “Qrad” reaktiv yaylım atəşi sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edildi. Həmçinin Qubadlı istiqamətində mövqelərimizə aviazərbələr endirməyə cəhd göstərən iki “Su-25” hücum təyyarəsi vuruldu. Azərbaycan Prezidenti İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərman imzaladı. Bu, artıq Azərbaycanın rəsmən öz ərazilərinə qayıtması demək idi. Düşmənin cəmisi 11 günü qalırdı…
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.