Vətən Müharibəmizin 7-ci günü tarixə Madagizin azad edilməsilə düşdü. Bu gün həmçinin Tərtərin Talış, Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndləri işğaldan azad edildi.
Oktyabrın 3-ü ona görə əlamətdar idi ki, xalqımız 6 günlük aradan sonra ikinci dəfə məhz bu gün işğalda olan ərazilərimizin azad edilməsi xəbərini aldı.
Bugündən həm də Vətən Müharibəmizdə “Prezidentin tvitləri” adlanan yeni səhifə açılırdı. Qarşıdakı 37 günün hər saatı “Təzə tvit yoxdurmu?!” sualı ilə keçəcəkdi…
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.