05
Noyabr

5 Noyabr


Vətən Müharibəmizin 40-cı günü Prezident İlham Əliyev İspaniyanın EFE agentliyinə müsahibəsində bildirdi ki, Ermənistan bizə Kəlbəcər, Laçın və Ağdamın bir hissəsinin boşaldılması ilə bağlı dəqiq cədvəl versə, dayanmağa hazırıq.

Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnikanın videosunu yayımladı. Kadrlardan açıq-aşkar görünürdü ki, ermənilərin Azərbaycan Əsgəri ilə vuruşmağa nə hünəri var, nə də cəsarəti. Onlar hələ daha 4 gün də Ordumuzun qabağından bu cür qaçacaqdılar...

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.