02
Oktyabr

2 Oktyabr


Vətən Müharibəmizin 6-cı günü bütün xalqın ürəyi cəbhədə - Əsgərimizin yanında döyünməkdə davam edirdi. Erməni silahlı qüvvələri cəbhədəki tam acizliklərini görərək, yenə də dinc əhaliyə - Tovuzun, Ağdamın, Şəmkirin, Bərdənin yaşayış məntəqələrinə atəş açırdı. Təkcə bir günə Tərtərə 2000-dən çox mərmi düşmüşdü. Amma cavab döyüş meydanında verildi: Müdafiə Nazirliyimiz düşmən tanklarının məhv edilməsinin görüntülərini yaydı. Hələ bundan qat-qat artığı sıradan çıxarılacaq və qənimət götürüləcəkdi – axı qarşıda 38 gün vardı…

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.