• Ermənistanın müharibə cinayətləri
27
Sentyabr

27 Sentyabr

Günahsız qurbanlar

Ermənilərin növbəti təxribatı nəticəsində Azərbaycanın mülki əhalisi arasında itki və yaralılar var

Ermənistan silahlı qüvvələrinin bu gün səhər saatlarında törətdiyi təxribat nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var.

27
Sentyabr

27 Sentyabr

Törədilən cinayətlər

Ermənilər Tərtərdə döyüş bölgəsində olan türkiyəli jurnalistləri atəşə tutub 

Döyüş bölgəsində olan türkiyəli jurnalistlərə silahlı hücum edilib. Anadolu Agentliyinin (AA) məlumatına görə, AA təmsil edən jurnalistlər və TRT kanalın əməkdaşları Ermənistanın Azərbaycanın mülki şəxslərə silahlı hücum etdiyi Tərtərin Qapanlı kəndində olan əraziyə gediblər.

27
Sentyabr

27 Sentyabr

Əhaliyə dəyən ziyan

Ermənistan ordusunun mərmiləri çoxsaylı ev və mülki obyektləri viran etdi

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam edib.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı,...

27
Sentyabr

27 Sentyabr

Dövlət obyektlərinə dəyən ziyan

Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində elektrik yarımstansiyası sıradan çıxıb

Mülki əhalini hədəfə alan təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərin yaşadığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində kənd ərazisində yerləşən elektrik yarımstansiyası sıradan çıxıb, kənddə elektrik enerjisi kəsilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş...