01
Oktyabr

1 Oktyabr

Hərbi qənimətlər

Ermənilərin daha bir texnikası ələ keçirilib

Azərbaycan Ordusu qarşısından geri çəkilən düşmən ordusu texnikalarını ataraq qaçırlar. Hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin daha bir texnikasını – URAL markalı hərbi maşınını qənimət olaraq ələ keçirib.

Qeyd edək ki, daha əvvəl düşmənin 1 URAL və 1 UAZ markalı hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.