Zəfərin yolu
Bu ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına əsasən, mülki əhali...
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olub.
Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq...
Sentyabrın 27-də Xarici İşlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə videokonfrans formatında görüş keçirilib.
Görüşdə Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edərək cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı növbəti təcavüz aktı nəticəsində...
Sentyabrın 27-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının xarici və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borelin telefon danışığı olub. Telefon danışığı qarşı tərəfin təşəbbüsü əsasında baş tutub.
Telefon danışığı zamanı Aİ rəsmisi Cozef Borel bölgədəki vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edib.
Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistanın bu ilin 27 sentyabr tarixində növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas...
Sentyabrın 27-də Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı Ermənistan tərəfinin yeni təcavüz aktını qətiyyətlə pisləyən Mövlud Çavuşoğlu, Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mübarizəsində Türkiyənin hər zaman ölkəmizin yanında olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov qardaş Türkiyənin hər zaman olduğu kimi, bugünkü gündə də nümayiş etdirdiyi dəstəyinə...
Sentyabrın 27-də qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın arasında telefon danışığı olub.
Telefon danışığı zamanı xüsusi nümayəndə Toivo Klaar bölgədə mövcud olan vəziyyət ilə əlaqədar narahatlığını ifadə edib.
Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktının Ermənistanın...
İşğalçı Ermənistanın silahlı qüvvələrinin baş qərargah rəisi bu gün verdiyi açıqlamasında Azərbaycan xalqının ünvanına nifrət məzmunlu irqçi ifadələr işlədib. Bu bəyanat Ermənistanda işğalçılıq, etnik nifrət və Azərbaycanofobiyanın dövlət siyasəti olduğunun bariz göstəricisidir.
XXI əsrdə digər xalqlar haqqında belə fikirlər səsləndirməsi Ermənistan rəsmilərinin nə qədər sivilizasiyadan uzaq olduğunu nümayiş etdirir. Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin bu irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq.
Sentyabrın 27-də qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı Rusiya Xarici İşlər naziri bölgədə mövcud olan vəziyyət ilə əlaqədar narahatlığını ifadə edib və atəşkəsin bərpa olunmasının vacibliyini qeyd edib.
Nazir Ceyhun Bayramov sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas...