Zəfərin yolu
Ermənistan tərəfi daha bir təxribata əl atmaqla bir daha sübüt etdi ki, onlar regionda sülhün olmasında maraqlı deyillər.
Bunu gürcüstanlı ekspert Quram Marxuliya deyib.
Qarabağda separatçı rejimə nəzarət edən Ermənistan hakimiyyəti qırmızı xətti keçib, baxmayaraq ki, atəşkəs rejimi qüvvəyə mindikdən sonra bütün bu illər ərzində Bakı səbrlə münaqişənin sülh yolu ilə həllinə çalışıb.
O qeyd edib ki, məhz buna görə ermənistanlı rəhbərlər...
Ermənistan silahlı qüvvələrinin illər uzunu həyata keçirdiyi işğalçılıq siyasəti və mülki əhalini atəşə tutması beynəlxalq hüquqa təhdiddir. Buna görə regiondakı bütün xoşagəlməz hadisələrə görə Ermənistan məsuliyyət daşıyır. Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanında olacaqdır.
Bu ifadələr Ermənistanın hərbi təxribatları nəticəsində iki ölkə arasında yaranmış gərgin vəziyyətlə bağlı Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda əksini tapıb.
Anadolu agentliyi, TRT HABER,
Alman tarixçi, türkoloq, nəsimişünas alim Mixael Raynhard Hess özünün “Facebook” səhifəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair paylaşım edib.
Alim hadisələrə dair alman mətbuatının yanaşmasına istinad edib və burada köhnə klişelərdən istifadə olunduğunu vurğulayıb. Bu kontekstdə aparıcı “Spiegel” jurnalında münaqişəyə dair dərc olunmuş məqalədə “Ermənistan tərəfindən nəzarət olunan Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən müsəlman ölkəsi Azərbaycana məxsus olması”...