Zəfərin yolu
Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yayıb.
“Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər...
Sentyabrın 27-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.
Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu vurğulayan Hikmət Hacıyev deyib: “ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də xalqa müraciət edib. Dövlətimizin başçısı müraciətində Ermənistanın təxribatının mahiyyətini xalqa çatdırıb. Prezident BMT kürsüsündən dünya ictimaiyyətinə Ermənistanın törətməyə hazırlaşdığı təxribat...