Vətən Müharibəmizin 19-cu günündə Prezident İlham Əliyev Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərinin işğaldan azad olunduğunu bəyan etdi. Ermənistan isə Qarabağda məhv edilmiş daha 49 hərbçisinin adını açıqladı. Canlı qüvvədən başqa, Ordumuz ermənilərin xeyli silah-sursat və texnikasını da məhv etmişdi. Vəziyyəti yaxşı anlayan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Azərbaycana qarşı döyüşə getməkdən imtina etmişdilər. Ermənilərin gücü dəfn mərasimi keçirilərkən Tərtər şəhər qəbiristanlığını xaincəsinə ağır artilleriyadan atəşə tutmağa çatmış, nəticədə 4 dinc soydaşımız qətlə yetirilmişdi. Onlar bu cür yaramaz hərəkətlərini indən belə ancaq 25 gün davam etdirə biləcəkdilər.