19
Oktyabr

19 Oktyabr


Vətən Müharibəmizin 23-cü günü Prezident İlham Əliyev Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, İsaqlı kəndlərinin işğaldan azad edildiyini bildirdi. Ordumuz cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsini və texnikasını sıradan çıxardı. Ermənilərin isə yenə də dinc yaşayış məntəqələrini atəşə tutmaqdan başqa əllərindən heç nə gəlmədi. Onların diz çökmələrinə cəmi 21 gün qalırdı...

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.