Vətən Müharibəmizin 20-ci günündə Azərbaycan xalqı nəhayət, neçə vaxtdır ki, liderindən həsrətlə gözlədiyi tarixi kəlmələri eşitdi: “Şuşasız bizim işimiz yarımçıq olar”. Prezidentin Türkiyə kanallarından birinə müsahibə zamanı dediyi bu sözlər xalqın bütün nigarançılığına son qoydu. Hər kəs tam əmin oldu ki, torpaqlarımız azad olunmayana qədər haqq müharibəmizi davam etdirəcəyik. Axşam isə dövlət başçımız daha 3 kəndimizin azad olunduğunu yazdı. Ermənistanın gücü yenə ancaq dinc əhaliyə qarşı hərbi cinayətlər və təxribatlar törətməyə çatırdı. Onların bu yaramazlığının cəmi 24 gün ömrü qalmışdı…
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.