Vətən Müharibəmizin 34-cü günü Prezident İlham Əliyev Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilanın Aladin, Vejnəli, Qubadlının Kavdadıq, Məmər, Mollalı kəndlərinin işğaldan tam azad edildiyini açıqladı. Artıq müharibənin taleyi heç kimdə hətta ən xırda sual da doğurmurdu. Ermənistanın hər bir hücum cəhdi daha ağır itkilər verərək, geri çəkilməsilə nəticələnirdi. Düşmənin tükəndiyi göz önündə idi: Hətta PUA-larımız da havadan məhv ertmək üçün hədəfləri artıq daha uzun müddət axtarmalı olurdular. Müharibənin son on günü başlamışdı. Döyüşlərin bitməsinə cəmi 10 gün qalırdı…
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.