27
Oktyabr

27 Oktyabr


Vətən Müharibəmizin 31-ci günü düşmən bir neçə istiqamətdən hücum etməyə cəhd göstərsə də, ağır itkilər verərək, geri oturduldu. Qarabağdakı qondarma rejimin "müdafiə ordusunun komandanı”, general Cəlal Arutyunyan, habelə, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edildi. Xain düşmənin gücü yenə də dinc insanlara atəş açmağa çatdı: Bərdə rayonunun Qarayusifli kəndinin "Smerç" RYAS-dan atəşə tutulması nəticəsində 4 nəfər həlak oldu, 14 nəfər yaralandı. Günahsız insanları qətliama uğradan Erməni faşizminin cəmi 13 gün ömrü qalırdı…

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.