03.05.2023

İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirak edib

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.Konfransı açan Azərbaycan Prezidenti İlham Əliyev dedi:- Sabahınız xeyir. Əziz qonaqlar, Qarabağa xoş gəlmisiniz, Şuşaya xoş gəlmisiniz. Sizi burada görməyə çox şadam.Əvvəla müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu konfransı təşkil etdiyi üçün mən ADA Universitetinə təşəkkürümü bildirmək istəyirəm. Məni bu konfransa dəvət etdilər və mən burada - Qarabağda görüşməyə qərar verdim.Mən ADA Universitetinin təşkil etdiyi bir çox tədbirlərdə olmuşam, Bakıda beynəlxalq ekspertlərlə, ictimai xadimlərlə görüşmüşəm, lakin burada belə bir görüş ilk dəfədir ki, keçirilir. Ümid edirəm ki, Azərbaycana ziyarətinizdən, Şuşaya səfərinizdən məmnun qalacaqsınız. Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi isə Şuşa demək olar ki, sıfırdan yenidən qurulur.Bu il Ulu Öndərimizin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində biz müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil edirik. Biz Heydər
19.10.2022

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunun Ağalı kəndində olublar.Dövlətimizin başçısı və birinci xanım Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşüblər.Ağalı kənd məktəbində təhsil alan şagirdləri salamlayan Prezident İlham Əliyev dedi:-Uşaqlar, gedək məktəbi göstərin mənə, gəlin, gedək.Mehriban xanım Əliyeva: Dayanıblar, bəlkə, əvvəl şəkil çəkdirək?Prezident İlham Əliyev: Şəkil çəkdirək, elə məktəbin önündə.Mehriban xanım Əliyeva: Gəlin, şəkil çəkdirək.Prezident İlham Əliyev: Gedək, göstərin məktəbinizi, baxaq uşaqlar burada necə oxuyurlar? Sinif otaqlarına baxaq. Sən neçənci sinifdə oxuyursan?1-ci şagird: Altıncı sinifdə.Prezident İlham Əliyev: Bundan əvvəl harada oxuyurdun?Şagird: Sumqayıtda 30 nömrəli tam orta məktəbdə.Prezident İlham Əliyev: Sumqayıtda. Bəs sən?2-ci şagird: Mən də Sumqayıtda.Prezident İlham Əliyev: Sən də Sumqayıtda. Bəs sən?3-cü şagird: Mən də Sumqayıtda 15 nömrəli tam orta məktəbdə.Prezident İlham Əliyev: Sumqayıtda.4-cü şagird: Mən Mərdəkanda 181 nömrəli tam orta məktəbdə.Prezident İlham Əliyev: İndi necə? Ağalı kəndi xoşunuza gəlir?Məktəblilər: Bəli.Prezident İlham Əliyev: Çox gözəl. Uşaqlar həvəslə oxuyurlar?Qadın müəllim: Əlbəttə, çox böyük həvəslə. Ümumiyyətlə, məktəbə gəldikləri vaxt buranı gördükdə inanın ki, o qədər çox gözəl hisslər yarandı. Sevinirdilər ki, çox gözəl məktəbdə təhsil alacaqlar.Prezident İlham Əliyev: Uşaqlar
26.08.2022

Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə daxil olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
26.08.2022

Azərbaycanın Dövlət Bayrağı Laçın şəhərində ucaldılıb

Azərbaycan Respublikasının Dövlət Bayrağı avqustun 26-da Laçın şəhərində ucaldılıb.Korpus komandiri general-mayor Kənan Seyidov bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məruzə edib. Məruzədə qeyd olunub: “Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.
26.08.2022

Prezident İlham Əliyev: Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi tviter səhifəsində Laçınla bağlı paylaşım edib.“Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.
14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə iyulun 14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Vaqif Poeziya Günləri başlayıb.Qırx illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir təşkil olunur.Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdikləri Poeziya Günləri çərçivəsində keçirilən ilk tədbir “Qarabağ” mehmanxanasının qarşısında təşkil olunan kitab sərgisidir.Sərgini Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Fəhmi açıb. Xalq yazıçısı Anar qonaqları salamladıqdan sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, sərgidə 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilir. Kitab sərgisində ayrı-ayrı yazıçıların kitablarının təqdimatı keçirilib.Qeyd edilib ki, əvvəlcə Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” və Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə “Bütün yollar Şuşaya aparır...” kitablarının təqdimatı olub.“Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə Qələbəmizin ilk günlərindən hazırlanmağa başlanıb. Kitabda azad olunmuş Qarabağdan olan hər bir yazıçı öz rayonları haqqında xatirələrini yazıb. Məsələn, Ramiz Rövşən Qubadlıdan, Seyran Səxavət Füzulidən, Elçin Hüseynbəyli Cəbray
31.05.2022

Diplomatlar Qarabağda su elektrik stansiyalarının bərpası işləri ilə tanış olublar

Diplomatik korpus nümayəndələri Kəlbəcər rayonuna səfər çərçivəsində Qarabağda su elektrik stansiyalarının bərpası işləri ilə tanış olublar.Qonaqlar Kəlbəcər və Laçın rayonlarında iki su elektrik stansiyasının bərpası ilə bağlı işlərin başladığı barədə məlumatlandırılıb. Bu stansiyalar erməni işğalı dövründə tamamilə dağıdılmışdı.Diplomatik korpus nümayəndələri Kəlbəcərdə su elektrik stansiyasını nəzərdən keçirib və onun işi ilə tanış olublar.Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən 80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə doqquzuncu səfəridir.
31.05.2022

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Kəlbəcərə səfəri başlayıb

Mayın 31-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirlərinin, hərbi attaşelərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin, ümumilikdə 50-dən artıq ölkədən 80-dən çox şəxsin azad olunmuş Kəlbəcər rayonuna səfəri başlayıb.Səfər zamanı diplomatlar Kəlbəcər rayonunda həyata keçirilən nəqliyyat və enerji infrastrukturu layihələri, o cümlədən yol, tunel tikintisi, enerji xətlərinin çəkilişi və sair ilə tanış olacaqlar.Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunda törətdiyi dağıntılar, vəhşiliklər, xüsusilə onların həmin ərazilərdən çıxdığı dövrdə məqsədli şəkildə yaratdıqları problemlər diplomatik korpusun diqqətinə çatdırılacaq.
31.05.2022

Diplomatik korpus nümayəndələri Murovdağ tunelinin tikintisi işləri ilə tanış olublar

Diplomatik korpus nümayəndələri Murovdağ tunelinin tikintisi işləri ilə tanış olublar.Qonaqlara tunelin bərpa prosesi, eləcə də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi barədə məlumat verilib.Qeyd olunub ki, tikintisinin 2024-2025-ci illərdə başa çatdırılması planlaşdırılır, tikintidən sonra bu yolda hərəkət bir saatdan az vaxt aparacaq.Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən 80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə doqquzuncu səfəridir.
14.05.2022

V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başa çatıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı mayın 14-də başa çatıb.Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunmuşdur.Festivalın bağlanış konsertində Ankara Türk Dünyası Musiqisi və Xalq Rəqsləri Ansamblı, “Melitassi” Folklor Rəqs Ansamblı (Gürcüstan) və Azərbaycan Dövlət Rəqs Ansamblı milli musiqi sədaları altında çıxış ediblər.Üç gün davam edən sayca beşinci festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməyə və ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq oldu. Hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədb