26
Oktyabr

26 Oktyabr


Vətən Müharibəmizin 30-cu günü xalqa müraciət edən Prezident İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının düşməndən təmizlənmiş 17 kəndinin adlarını açıqladı. Ali Baş Komandan həmçinin müharibənin 30-cu gününədək (bir ay ərzində) düşmənin məhv edilən texnikalarının sayını da bildirəndən sonra sual etdi: “Borc içində olan, müflisləşən ölkə bu qədər silahı hansı pulla alıb? Kim verib bu qədər silahı? Niyə soruşan yoxdur?.. O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb? Biz onların nə qədər silahlarını məhv etmişik?” Amma heç bir ölkənin heç bir yardımı Ermənistanı xilas edə bilmədi. Onlar bundan sonra cəmisi iki həftə müqavimət göstərə biləcəkdilər… 

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.