Zəfərin yolu
Bu gün Azərbaycanın qədim Şuşa şəhəri işğaldan azad edilib.
28 ildən sonra Qarabağın incisi olan Şuşada şanlı Azərbaycan bayrağı dalğalanır. Şuşa zəfəri Azərbaycanın bütün bölgələrində bayram əhval-ruhiyyəsi yaradıb.
Əllərində bayraqlarla küçələrə axın edən vətəndaşlarımız Ordumuzun böyük qələbəsini qeyd edir.
Bu əlamətdar gündə nikaha daxil olan bəylə gəlin Şəhidlər Xiyabanına gələrək torpaqlarımızın azadlığı uğurda canlarını fəda edən şəhidlərimizin xatirəsini anıb.
Lənkəran sakinləri Şuşanın işğaldan azad olunmasını böyük sevinc və coşqu ilə qeyd ediblər.
Sakinlər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciətindən sonra Lənkəran şəhərinin mərkəzində Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırıb, müxtəlif şüarlar səsləndiriblər.
Lənkəranlılar "Qarabağ Azərbaycandır", Qarabağ bizimdir, bizim olacaq", "Şuşa musiqimizin beşiyidir" şuarlarını səsləndiriblər.
Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında...
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi 28 il yarımdır həsrətlə bu günü gözləyən xalqımıza sonsuz sevinc və qürur hissi yaşadır.
Yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşır.
Azərbaycan Ordusunun qədim Şuşa şəhərini işğaldan azad etməsi ölkəmizin hər yerində olduğu kimi Yevlaxda da sevinc və qürur hissi ilə qeyd edilib.
Noyabrın 8-də Yevlax şəhərində Azərbaycan Ordusunun əldə etdiyi zəfər, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi ilə bağlı yürüş-aksiya keçirilib. Yevlaxlılar əllərində Azərbaycan bayrağı şəhərin prospekt və küçələrinə...
Noyabrın 8-də Füzuli rayonunda Azərbaycan Ordusunun əldə etdiyi zəfər, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi ilə bağlı yürüş-aksiya keçirilib.
Avtomobil karvanı rayonun girişindən Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısınadək hərəkət edib. Əlində Azərbaycan bayrağı tutmuş füzulililər bir-birini təbrik edib, zəfər sevincini bölüşüblər. Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada iştirakçılar "Qarabağ Azərbaycandır", "İlhamla irəli,...
Müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində qədim Şuşa şəhərinin erməni faşistlərinin işğalından azad olunması Türkiyə paytaxtı Ankara şəhərində böyük coşqu ilə qarşılanıb.
Dövlətimiz və xalqımızla sevincini bölüşmək istəyən insanlar Azərbaycanın Türkiyədəki Səfirliyinin qarşısına toplaşıblar. Azərbaycan və Türkiyənin dövlət bayrağını dalğalandıran aksiya iştirakçıları birlik, həmrəylik, qələbə və zəfər şüarları səsləndiriblər.
Sonra Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə bəzədilən maşın karvanı Ankaradakı Heydər Əliyev Parkına yola düşüb.
Azərbaycanın qədim Şuşa şəhərinin 28 illik amansız işğaldan sonra düşməndən azad olunması münasibətilə Türkiyənin İğdır şəhərində zəfər aksiyası keçirilib.
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının İğdır Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə iki qardaş ölkənin dövlət bayrağı ilə bəzədilmiş maşın karvanı həmrəylik rəmzi olaraq şəhərin mərkəzi küçələri ilə şütüyüb.
Aksiya iştirakçıları İğdırın Bələdiyyə meydanında “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”, “Şuşa zəfəri mənəvi birliyimizin təntənəsidir” və...
Gürcüstanda yaşayan soydaşlarımız şanlı Azərbaycan Ordusunun qədim Şuşa şəhərini işğaldan zad etməsini böyük coşqu ilə qeyd ediblər.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanın xalqa müraciəti zamanı qədim mədəniyyət ocağı Şuşanın işğaldan azad olunması barədə verdiyi xəbər dünyanın hər yerində olduğu kimi, Gürcüstanın Marneuli şəhərində də təntənə ilə qeyd olunub.
Qədim mədəniyyət mərkəzi, Qarabağın gözü Şuşanın 28 ildən sonra...
Noyabrın 8-də İstanbulun mərkəzi bölgələrindən olan “Beyazit meydanı”nda Azərbaycan Ordusunun əldə etdiyi zəfər, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi və qardaş dəstəyini nümayiş etmək məqsədilə möhtəşəm aksiyası keçirilib.
Tədbir Türkiyədə, eləcə də İstanbulda fəaliyyət göstərən QHT-lər və bir çox Azərbaycan-Türkiyə dostluq cəmiyyətlərinin təşəbbüsü ilə baş tutub.
Aksiyada hər iki ölkənin Dövlət Himnləri səsləndirilib, şəhidlərin xatirəsi...
Şuşa şəhərinin işğaldan azad olunması xəbəri Sumqayıtda da böyük coşqu ilə qarşılanıb.
Sumqayıt sakinləri şəhərin mərkəzində və küçələrində Şuşanın işğaldan azad olunmasını sevinclə qeyd ediblər.
Bir qrup sakin şəhid general Polad Həşimovun vaxtilə yaşadığı binanın həyətinə toplaşaraq onun xatirəsini yad edib.
Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının iştirakı ilə Qarabağın incisi, qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı virtual görüş keçirib.
Dövlət Komitəsindən verilən məlumata görə, xaricdəki Azərbaycan evlərinin, Koordinasiya Şuralarının, Qarabağ məktəblərinin təmsilçiləri, diaspor üzvləri əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı bugünkü tarixi çıxışına yenidən birlikdə tamaşa ediblər.
Komitə sədri Fuad Muradov xaricdə yaşayan...
Azərbaycanın Moldovadakı Səfirliyində Şuşanın erməni işğalından azad edilməsinə həsr olunmuş tədbir keçirilib.
Səfirlikdən bildiriblər ki, tədbirdə Moldova sakinləri səfirliyə toplaşaraq şanlı qələbə gününü qeyd edib.
Tədbirdə çıxış edən səfir Qüdsü Osmanov qədim şəhər olan Şuşanın Azərbaycanın tarixində mühüm yerə malik olduğundan söhbət açaraq mədəniyyət, incəsənət və tarixin beşiyi sayılan Şuşanın işğaldan azad edilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu qələbənin əldə...
Şuşa şəhərinin erməni işğalından azad edilməsi dünyanın hər yerində olduğu kimi, Böyük Britaniyada yaşayan azərbaycanlıların da böyük sevinc və fərəh hissləri keçirməsinə səbəb olub.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə xəbəri Azərbaycan xalqına çatdırdıqdan bir qədər sonra Böyük Britaniyada yaşayan azərbaycanlı icmasının üzvləri bayraqlarımızla bəzədilmiş avtomobillərlə London küçələrində yürüş edib, sonda...
Şuşa şəhəri 28 ildən sonra Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Bu münasibətlə Bərdə şəhərində yerli sakinlər küçələrə çıxaraq sevincli xəbəri qeyd edirlər.
Bu gün Bərdədə hər kəs əllərində üç rəngli bayrağımızla küçələrə çıxaraq "Qarabağ bizimdir, bizim olacaq", "Qarabağ Azərbaycandır" şüarları səsləndirirlər.
Hər kəs Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdarlığını bildirirlər.
Azərbaycan Ordusu tərəfindən Şuşa şəhərinin işğaldan azad olunması xəbəri Qubada da sevinclə qarşılanıb.
Rayon mərkəzində və küçələrində yerli sakinlər Şuşanın işğaldan azad olunmasını böyük coşqu və fəxarət hissi ilə qeyd ediblər.
Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev bu münasibətlə mətbuat nümayəndələrinə müsahibə verib.
“Nə vaxtsa öz ev-eşiyimizə qayıtmaq ümidi ilə yaşayırdıq”.
Bu sözləri 1992-ci ildən bugünədək məcburi köçkün həyatı yaşayan Şuşa sakini Kamil Zeynalov deyib.
İyirmi səkkiz ildir məcburi köçkün həyatı yaşayan K.Zeynalov Şuşa ilə bağlı xatirələrini və sevincini bizimlə paylaşıb.
K.Zeynalov qeyd edib ki, bu gün qohumları zəng edərək, onu Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik ediblər. O, şəhərin hər yerini xatırladığını bildirib: “İşdən çıxıb evə gedərdik. Bundan sonra uşaqları...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabını ziyarət etdikdən sonra Şuşa şəhərinin erməni işğalçılarından azad olunmasını Azərbaycan xalqına bəyan edib. Ölkə Başçısının çıxışından sonra Neftçalalılarda bu qələbə sevincini bayram etmək üçün küçələrə axışıb.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayon idarə, müəssisə və təşkilatların rəhbərləri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və...
Bakı Media Mərkəzi Şuşanın işğaldan azad olunması münasibətlə Azərbaycan Xalqını təbrik edib .
Qurumun "Facebook" səhifəsində edilən paylaşımda deyilir:
"Biz canlarını fəda edən atalarımızı, gözü yaşlı analarımızı, düşmən təcavüzü ilə işğal olunan torpaqlarımızı heç vaxt unutmadıq. Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər!
Biz yenidən öz torpağımız üçün vuruşuruq, Vətənimiz uğrunda vuruşuruq! Döyüş meydanında ədaləti bərpa edirik ! Bu gün Azərbaycanın...
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edildiyini bildirdikdən sonra bütün ölkədə bu xəbər böyük coşquyla qeyd olunur.
Bu xəbərdən sonra Gəncə sakinləri əllərində Azərbaycan bayrağı, böyük ruh yüksəkliyi və coşqu ilə azadlıq xəbərini qeyd edirlər.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə birgə Vətən müharibəsində şanlı zəfərə həsr olunan "Biz" tarixi-sənədli filmini istehsal edib.
Filmdə Vətən Müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ön cəbhədə qəhrəmancasına döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da qələbədə oynadığı rol göstərilir. Ekran əsərində həm əsgərlərimizin, həm...