Zəfərin yolu
Döyüş meydanındakı böyük itkiləri kompensasiya etmək məqsədilə Ermənistan xarici ölkələrdə qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərən erməni diasporunu səfərbər edərək öz ordusuna maliyyə vəsaitləri cəlb edir (“We are our borders – All for Artsakh” donation campaign, Armenia Fund, Armenian General Benevolent Union, Armenian Canadian Medical Association...
BMT Baş Assambleyasının 2001-ci il 5 noyabr tarixli qətnaməsinə əsasən, hər il 6 noyabr tarixi Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü kimi qeyd olunur.
Təəssüf hissi ilə bildiririk ki, ekoloji terror Azərbaycandan da yan keçməmiş, 30 ilə yaxın davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə, ümumilikdə işğal altında...
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, noyabrın 5-dən 6-na keçən gecədən başlayaraq səhər saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.
Noyabrın 5-də düşməndən azad edilmiş Füzuli şəhərində inzibati binanın yaxınlığında açıq sahədə məişət tullantıları yanıb. Yanğın əraziyə dərhal cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən qısa müddətdə söndürülərək alovun inzibati binaya keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 50 kv.m sahədə məişət tullantıları yanıb.
Qeyd edək ki, bu, FHN qüvvələrinin işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirdiyi ilk...
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 92 mülki şəxs qətlə yetirilib, 404 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 504, çoxmənzilli yaşayış binalarının sayı 100, yaşayış evlərinin sayı isə 3064-dür.