
Zəfərin yolu
Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.
Gecə ərzində Goranboy rayonun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub.
Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayılıb.
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 504, çoxmənzilli yaşayış binalarının sayı 100, yaşayış evlərinin sayı isə 3064-dür.