Vətən Müharibəmizin 24-cü günü tarixə Zəngilanın azad edildiyi Gün kimi yazıldı. Prezident İlham Əliyev xalqa müraciətində bundan başqa, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, Zəngilan rayonunun Havalı, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin də işğaldan tam azad edildiyini açıqladı. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Qarşıda onları hələ hər birində xeyli itki verəcəkləri 20 ağır gün gözləyirdi...