İllərdir davam edən nəticəsiz danışıqlar, işğalçı tərəfin Azərbaycan xalqının əsəblərinə və milli qüruruna toxunan əməllərindən sonra, nəhayət, bıçağın sümüyə dirəndiyi gün yetişdi. Torpaqlarımızın azadlığı uğrunda Vətən Müharibəsi başladı. Bu günün gec-tez yetişəcəyini hər kəs bilirdi və kiçikdən-böyüyə hamı ona hazır idi. Prezident xalqa müraciət etdi, Təhlükəsizlik Şurasının iclasını keçirdi, "Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzaladı. Ordumuz düşmən sədlərini yarıb keçərək, ilk gündə 6 kəndi azad etdi. Bütün xalq Orduya və Ali Baş Komandana dəstək üçün yumruq kimi birləşməyə başladı... Tezliklə bu yumruq Azərbaycanın iradə, əzm və qətiyyətini əks etdirən Dəmir Yumruğa çevriləcəkdi...