Vətən Müharibəmizin 13-cü günü hücum əməliyyatını genişləndirən Ordumuz düşmənə ağır zərbələr endirməklə, xeyli silah-sursat və hərbi texnikasını ələ keçirdi. Onların arasında 6 ədəd tam işlək vəziyyətdə olan “T-72” tankı da vardı. Xalqa müraciət edən Ali Baş Komandan, Prezident İlham Əliyev Xocavənd rayonunun Sor kəndinin və Hadrut qəsəbəsinin, Tərtər rayonunun Çaylı kəndinin, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərinin işğaldan azad edildiyini açıqladı. Düşmən hələ daha 31 gün Qüdrətli Ordumuzun qabağından qaçacaqdı...
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.