Vətən Müharibəmizin 26-cı günü Prezident İlham Əliyev "Twitter" səhifəsində Füzuli rayonunun Molla Vəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Zəngilan rayonunun Ağbənd qəsəbəsi, Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərinin işğaldan azad edildiyini açıqladı.
Həmin gün səhər düşmən Siyəzən rayonu istiqamətində 3, Qəbələ rayonu istiqamətində 2, Kürdəmir rayonu istiqamətində isə 1 raket atıb. Halbuki, dinc yaşayış məntəqələrini hədəf almaqdansa, ləyaqətlə uduzmaq haqqında düşünsəydi, daha yaxşı olardı. Amma təəssüf ki, bu söz onlara aid deyildi. Qarşıda xain düşməni hələ daha 18 ləyaqətsizlik günü gözləyirdi...