Vətən Müharibəmizin 2-ci günü səhər Tərtərin Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğaldan azad olundu. Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən ölkədə qismən səfərbərlik elan edildi. Düşmən mülki əhalinin oilduğu yaşayış məntəqələrimizi atəşə tutdu. Ordumuzun hücum əməliyyat daha da genişləndi, düşmənin bir neçə yüksək rütbəli zabiti məhv edildi. Düşmən hələ bilmirdi ki, daha 42 gün bu cür müsibətlər yaşamalı olacaq…
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.