08
Oktyabr

8 Oktyabr


Vətən müharibəmizin 12-ci günü məğlubiyyətini həzm edə bilməyən düşmən yenə də Azərbaycanın mülki obyektlərini və dinc əhalisini atəşə tutmaqda davam edirdi. Gəncə, Goranboy, Tərtər, Ağdam, Bərdə, Ağcabədi düşmənin "Toçka-U" raket komplekslərinin və “Smerç” reaktiv yaylım atəş sistemlərinin əsas hədəfləri idi. Fəqət qəhrəman xalqımız onların bu namərdliyindən əsla qorxmayaraq, Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək, yalnız cəbhədən gələn yeni xəbərləri gözləyirdi. Döyüş meydanında isə Əsgərimiz düşmənin hərbi cinayətlərinin qisasını artıqlaması ilə alırdı və hələ 32 gün də alacaqdı…

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.