Qarabağ Azərbaycandır!

İLHAM ƏLİYEV

Demir Yumruq

Zəfərə doğru 44 addım

Vətən Müharibəmizin anbaan xronikası
27
Sentyabr

27 Sentyabr

27 Sentyabr

İllərdir davam edən nəticəsiz danışıqlar, işğalçı tərəfin Azərbaycan xalqının əsəblərinə və milli qüruruna toxunan əməllərindən sonra, nəhayət, bıçağın sümüyə dirəndiyi gün yetişdi. Torpaqlarımızın azadlığı uğrunda Vətən Müharibəsi başladı. Bu günün gec-tez yetişəcəyini hər kəs bilirdi və kiçikdən-böyüyə hamı ona hazır idi. Prezident xalqa müraciət etdi, Təhlükəsizlik Şurasının iclasını keçirdi, "Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzaladı. Ordumuz düşmən sədlərini yarıb keçərək, ilk gündə 6 kəndi azad etdi. Bütün xalq Orduya və Ali Baş Komandana dəstək üçün yumruq kimi birləşməyə başladı... Tezliklə bu yumruq Azərbaycanın iradə, əzm və qətiyyətini əks etdirən Dəmir Yumruğa çevriləcəkdi...

28
Sentyabr

28 Sentyabr

28 Sentyabr

Vətən Müharibəmizin 2-ci günü səhər Tərtərin Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğaldan azad olundu. Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən ölkədə qismən səfərbərlik elan edildi. Düşmən mülki əhalinin oilduğu yaşayış məntəqələrimizi atəşə tutdu. Ordumuzun hücum əməliyyat daha da genişləndi, düşmənin bir neçə yüksək rütbəli zabiti məhv edildi. Düşmən hələ bilmirdi ki, daha 42 gün bu cür müsibətlər yaşamalı olacaq…

Ərəfə

Münaqişənin tarixi

30 il davam edən işğal
1980-ci illərin sonlarında Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları edərək, etnik təxribatlar və terror törətməyə başladı. Onlar SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək, Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi üçün hərəkətə keçdilər. Nəticədə XX əsrin ən faciəli münaqişələrindən biri başladı.1987-ci ilin sonlarında Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlaydı. 1988-1989-cu illərdə Ermənistanın müxtəlif şəhər və rayonlarında yaşayan azərbaycanlılar da eyni aqibətlə üzləşdilər. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar.Azərbaycanlılar 1988-ci ilə qədər Ermənistan ərazisində kompakt şəkildə yaşayıblar. Lakin sov

Müharibənin addım səsləri

Müharibə ərəfəsində baş verənlər
Azərbaycan Qarabağ münaqişənin sülh yolu ilə həllinə son ana qədər sadiq qalmağa çalışırdı. 1994-cü ildə atəşkəs sazişi imzalanandan sonra keçən 26 il ərzində Azərbaycan bir dəfə də olsun, danışıqları pozacaq heç bir təxribata əl atmayıb. Amma Ermənistan tam əksinə. Müharibəni labüdləşdirən də elə son illərdə Erməni tərəfin hərbi, siyasi və diplomatik təxribatlarının çoxalması oldu.2016: Aprel döyüşləri2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan yenə hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəbləri, xəstəxanaları və ibadət yerlərini atəşə tutdu. Nəticədə dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla, 6 nəfər həlak oldu, 33 nəfər isə ağır yaralandı.Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verərək, əks-həmlə nəticəsində Füzuli, Cəbrayıl və keçmiş Ağdərə rayonunun işğal altında olan 2 min hektardan çox əra
 

Müharibə qənimətləri

Ermənistan ordusunun 125 artilleriya topu, 366 tankı, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını və digər texnikalar məhv edilib və qənimət kimi götürülüb.
9K38 “İqla” daşına bilən yer-hava tipli zenit-raket kompleksi

Çapı: 72 mm

Uzunluğu: 1680 mm

Raketin ağırlığı: 10.6 kq

Döyüş başlığının çəkisi

“Şilka” zenit qurğusu

Ağırlığı: 21 ton

Uzunluğu: 6535 mm

Eni: 3125 mm

Hündürlüyü: 2.576-3.572 mm

“Osa” zenit-raket kompleksi

Ağırlığı: 17.5 ton

Sürət: 80 km/saat

Uzunluğu: 9.14 m

Eni: 2.75 m.

Hündür

Zəfər Silahları

Müasir müharibələrdə hərbi texnika çox böyük əhəmiyyət daşıyır. Ordumuzun döyüş meydanındakı qələbəsini şərtləndirən müxtəlif təyinatlı hərbi texnika ilə həmin texnikadan istifadə etmək bacarığının birləşməsi oldu. Bu ənənəvi və müasir silahlar bizim zəfər yaddaşımızda öz yerini tutacaq.