06
Oktyabr

6 Oktyabr


Vətən müharibəmizin 10-cu günü Dövlət Təhlükəsizliyi Xidməti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilən kürd terrorçularından fəal istifadə etdiyini sübuta yetirən radio danışıqları ələ keçirdi. Həmçinin aparılan əməliyyatlar nəticəsində iki əcnəbi muzdlu-terrorçu məhv edildi. Bu hadisə göstərirdi ki, heç kim, heç nə işğalçının dadına çata bilməyəcək.

Düşməni qarşıda ifşa və məğlubiyyət dolu daha 34 gün gözləyirdi…

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.