24
Oktyabr

24 Oktyabr


Vətən Müharibəmizin 28-ci günü Ermənistan silahlı qüvvələrinin bölmələrinin Sünik-Zəngilan yolu istiqamətindən hücum cəhdi özlərinin məhvi ilə nəticələndi. Qubadlı istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi vuruldu. Azərbaycan Prezidenti İlham Əliyev Fransanın məşhur “Le Fiqaro” qəzetinə müsahibəsində bir daha vurğuladı ki, işğal olunmuş bütün əraziləri azad etmək üçün sonadək gedəcəyik. Qarşıda hələ 16 günlük yolumuz qalırdı...

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.