Vətən Müharibəsinin 15-ci günü xalqımız səhəri dəhşətli xəbərlə açdı: Alçaq düşmən gecə, hamının yatdığı bir vaxtda Gəncə şəhərini raket atəşinə tutub. Bu xain hücum nəticəsində 3 yaşayış binası dağıldı, 10 mülki şəxs həlak oldu, 40 nəfər ağır yaralandı. Döyüş meydanında əlindən heç nə gəlməyən ermənilər qadın və uşaq qatili olacaq qədər alçalmışdılar. Qəhrəman Əsgərəmiz bu cinayətin də qisasını döyüş meydanında düşməndən artıqlaması ilə aldı: Ordumuzun yeni hücum əməliyyatı nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Heç bir yaramaz hərəkət Ermənistanı məğlubiyyətdən xilas edə bilməzdi. Bu, qarşıdakı 29 gün ərzində də belə olacaqdı.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.