Vətən Müharibəmizin 17-ci günü yenə də Ermənistanın dinc insanları atəşə tutması haqda xəbərlərlə başladı. Cavabında Rəşadətli Ordumuz cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsini, 3 ədəd BM-21 "Qrad" RYAS, 1 ədəd "Tor-M2KM" ZRK, 1 ədəd ZSU-23–4 "Şilka" özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2A36 "Qiasint-B" topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobilini məhv etdi. Ermənistan Silahlı Qüvvələrinin 5-ci dağatıcı alayının şəxsi heyəti darmadağın olundu, 1-ci motoatıcı alayın canlı qüvvəsi pusquya salındı və hərəkətdə olan avtomobil texnikası sıradan çıxarıldı. Axşama doğru hər kəsin gözlədiyi kadrlar - azad olunan Hadrut qəsəbəsinin görüntüsü yayımlandı.
Hələ 27 gün cəbhədən bu cür xəbərlər gəlməkdə davam edəcəkdi.