Zəfərin yolu
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir.
Məktubların bir neçəsini təqdim edirik:
Müşfiq Əmiraslanovdan, Sankt-Peterburq, Rusiya
“Hörmətli cənab Prezident.
Biz xaricdə yaşayan azərbaycanlılar Sizinlə fəxr edirik. Sizin bütün çıxışlarınızı və müsahibələrinizi çox maraqla dinləyirik.
Allah Sizdən və Azərbaycanın mərd əsgərlərindən razı olsun, onlara kömək etsin. Biz həmişə dua edirik ki, tezliklə Qələbə xəbəri ilə hamımızı sevindirəsiniz. Ölkəmizi bu dərd-bəladan xilas edəsiniz.
Mənim qardaşım oğlu Kamran da ön cəbhədədir. Onunla fəxr...
Hazırda ölkəmiz olduqca həssas, bir o qədər də tarixi günlər yaşayır.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda bir çox gənc istər könüllü əsaslarla, istərsə də hərbi çağırışa əsasən orduya cəlb olunub.
Gənclərimiz əsgər ailələrinə biganə qalmır, birlik nümayiş etdirərək Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə əsgər və şəhid ailələrinə humanitar yardım aksiyasına başlayıblar. Yardım aksiyasının əsas məqsədi muzdlu...
Ardıcıl şəkildə dezinformasiyalar yayan Ermənistan mətbuatı son günlərdə Xankəndi ilə bağlı da növbəti yalanı tirajlamağa başlayıb. lakin Azərbaycan əvvəlki günlərdə olduğu kimi bu feyk xəbərləri də ifşa etdi.
Müdafiə Nazirliyi bildirib ki, Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndinin guya atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.
Bildirilir ki, bu cür məlumatlar yaymaqla Ermənistan müdafiə nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin Gənc Könüllüləri və ASAN Könüllüləri #Birlikdəstək (Birlikdə dəstək) aksiyası çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə edilən hücumlardan insanları qorumaq üçün yaradılan sığınacaqları ziyarət ediblər.
Könüllülər sığınacaqları ziyarət zamanı oradakı uşaqlarla görüşüb, onların müharibə vəziyyəti ilə əlaqədar olaraq keçirdiyi psixoloji gərginliyi aradan qaldırmağa çalışıblar. Həmçinin uşaqlara boyama kitabçaları və rəngli karandaşlar hədiyyə edilib, onlarla əyləncəli vaxt...
Müharibənin son günlərində Şuşa uğrunda gedən gərgin döyüşlər dünya mətbuatının da gündəmində oldu. Fransanın “Le Monde” qəzeti “Azərbaycan Ordusu hücumunun əsas məqsədi olan Şuşaya çatdı” yazmasından sonra sosial mediada hər kəs nəşrin dərc etdiyi məqaləni paylaşdı. İnsanlar məqalədən sitatlar gətirir, artıq Şuşanın bir addımlığında olmağımızın qürurunu yaşayırdı. Xüsusən də məqalədə yazılan "Şuşanı müdafiə edənlər pərən-pərən düşmüş vəziyyətdədirlər. Hərbi təcili yardım maşınlarında,...