• Prezident
06
Oktyabr

6 Oktyabr

Diplomatik təmaslar

İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Türkiyə nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz, əziz Mövlud bəy, sizi salamlayıram. Şadam ki, siz gəlmisiniz. Siz Azərbaycanda dəfələrlə olmusunuz. Amma bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə sizin gəlməyiniz əlbəttə...

06
Oktyabr

6 Oktyabr

Müsahibələr

İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibə verib

Prezident İlham Əliyevin müsahibəsi oktyabrın 6-da Rusiyanın Pervıy Kanal” televiziyasında yayımlanıb.

-Mənim adın Yevgenidir, “Pervıy kanal”ın müxbiriyəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox yaxşı. Sağ olun.

-İlham Heydər oğlu, Siz dəfələrlə bəyan etmisiniz ki, budəfəki hücum əməliyyatının məqsədi Qarabağı geri qaytarmaqdır. “Qarabağ bizim torpağımızdır və biz oraya qayıdacağıq”, - bu, Sizin sözlərinizdir. Bu, tamamilə birmənalı mövqedir. Lakin qarşı tərəfin mövqeyi də bundan az birmənalı deyil –...

06
Oktyabr

6 Oktyabr

Media

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Aljazeera”, “Əl-Ərəbiyə” televiziya kanallarına müsahibələri, həmçinin dövlətimizin başçısının xalqa müraciəti Misir KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

Misirin “Almasryalyoum”, “Akhbarelyom”, “Aldiplomasy”, “Alwasela”, “Egyptonline” və “Nile1” informasiya portalları “Prezident İlham Əliyev: Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik” və “Azərbaycan Prezidenti: Ərazi bütövlüyümüzü bərpa edəcəyik!” sərlövhəli xəbərlər yayıblar.

“Asiaelyoum” informasiya agentliyinin baş redaktoru Əbubəkr Əl- Məcd isə “Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir...

06
Oktyabr

6 Oktyabr

Telefon danışıqları

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Həsən Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin narahatlığını ifadə edib və münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, sentyabrın 27-dən başlamış və bu gün də davam edən Ermənistanın hərbi təxribatı nəticəsində təmas xətti boyu yerləşən hərbi birləşmələrimizin mövqeləri və yaşayış ərazilərimiz Ermənistan...

06
Oktyabr

6 Oktyabr

Sənədlər

Prezident İlham Əliyev oktyabrın 6-da “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.