Zəfərin yolu
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlməyə davam edir.
Məktublardan bəzilərini təqdim edirik:
“Çox hörmətli cənab Prezident.
Sizin torpaqlarımız uğrunda apardığınız bu əzmkar mübarizəni uzun illərdir Azərbaycanda yaşayan rus xalqının bir nümayəndəsi kimi sonadək dəstəkləyəcəyəm. Otuz ildir yağı düşmənin əsarətində olan torpaqların tezliklə azad edilməsini səbirsizliklə gözləyirəm.
Cənab Ali Baş Komandan, Sizin və Ordumuzun əməyi, davamlı səyləri nəticəsində hər gün yeni qələbə xəbərləri alırıq. Fəxr edirəm ki, belə əzmli Ali...
Artıq 30 ilə yaxındır ki, Ermənistan silahlı münaqişə törədib və suveren Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğal edib. İşğal dövründə ələ keçirilmiş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılıb, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı belə etnik təmizləmələrdən biridir. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs haqqında müqavilə bağlanıb və danışıqlar prosesi başlanıb. Danışıqlar 26 il davam edib! Bu illər ərzində...
Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adına saxta “Twitter” hesabı açılıb.
Bununla əlaqədar Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, “Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.
Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabı aşağıdakı linkdədir: https://twitter.com/wwwmodgovaz ”.
Artıq 6 gün idi ki, cəbhəboyu ərazilərdə torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlər gedirdi və Azərbaycan gəncləri könüllü olaraq cəbhəyə yola düşürdülər. Onların arasında məşhur idmançılar, sənətçilər və vəzifəli şəxslərin övladları da var idi.
Birinci Avropa Oyunlarının qalibi, taekvondoçumuz Ayxan Tağızadə də hərbi xidmətə çağırılıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, o, taekvando məşqçisi Əvəz Tağıyevin ailəsində dünyaya gəlib.
Bir...
Şəkinin Baş Küngüt kənd sakini 70 yaşlı Hikmət Musayevin ASAN Xidmət Mərkəzinə gələrək təqaüdünü Orduya yardım üçün köçürməsinə dair məlumat yayıldı. Hikmət babanın bu addımı, Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə və ölkəmizin haqq işinə özünəməxsus şəkildə dəstək verməsi sosial şəbəkələrdə rezonans doğurdu. Hər kəs Şəki sakinin 180 manatını Vətən müharibəsində can qoyan əsgər və zabitlərimiz üçün köçürməsini alqışladı, media, telekanallar bu...