• Dövlət qurumları
06
Oktyabr

6 Oktyabr

Prezident Administrasiyası

Prezidentin köməkçisi Pakistanın “GEO TV” kanalına müsahibəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın “GEO TV” kanalına müsahibə verib.

Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları, mülki insanlarımızın, obyektlərimizin artilleriya və raket atəşinə məruz qalması, Azərbaycan dövlətinin özünün suveren ərazisini müdafiə etməsi barədə danışıb.

Qardaş Pakistan xalqına ən xoş arzularını çatdıran Hikmət Hacıyev 1990-cı...

06
Oktyabr

6 Oktyabr

Müdafiə Nazirliyi

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı kəndinin videogörüntülərini təqdim edirik

06
Oktyabr

6 Oktyabr

Xarici İşlər Nazirliyi

Ceyhun Bayramov: Ermənistanın təxribatları zamanı Türkiyənin bütün səviyyələrdə dəstəyini gördük və hiss etdik ​

Sentyabrın 27-dən başlayaraq Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təcavüzü və təxribatı nəticəsində Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı hücum edilib. İlk gündən etibarən bizim həm mülki, həm də hərbçilərimiz arasında itkilərimiz olub. Bu məqamda Azərbaycan Ordusu, Azərbaycan dövləti öz beynəlxalq hüququna, vətəndaşlarını müdafiə etmək hüququna və BMT-nin Nizamnaməsinə uyğun olaraq müvafiq addımlar atıb və...

06
Oktyabr

6 Oktyabr

Dövlət Təhlükəsizlik Xidməti

DTX Qarabağda döyüşən terrorçuların səsini yaydı

Ermənistan Azərbaycan Respublikasına qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir. DTX tərəfindən ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilmişdir. Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq...

06
Oktyabr

6 Oktyabr

Fövqəladə Hallar Nazirliyi

Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində FHN-in bir əməkdaşı xəsarət alıb

Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Ermənistan silahlı qüvvələrinin Ağdam rayonuna atdığı mərmi məktəb binasında dağıntılar törədib, növbədə olan yanğınsöndürmə avtomobilinə ziyan dəyib. Avtomobilin sürücüsü Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu Qismət Əli oğlu Yusibov partlayış dalğasının təsirindən xəsarət...

06
Oktyabr

6 Oktyabr

Baş Prokurorluq

Kamran Əliyev “Amnesty İnternational” təşkilatının baş katibinə müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev “Amnesty İnternational” təşkilatının baş katibi xanım Julie Verhara rəsmi müraciət ünvanlayıb.

Müraciətə səbəb “Amnesty İnternational” təşkilatının veb-saytında 5 oktyabr 2020-ci il tarixdə “Ermənistan - Azərbaycan: mülki şəxslər qadağan edilmiş “claster” bombaların istifadəsindən qorunmalıdır” adlı dərc edilmiş məqalədə bir sıra faktların təhrif edilməsi olub.

Müraciətdə qeyd edilib ki, 27 sentyabr tarixdən etibarən Ermənistan silahlı qüvvələri geniş miqyaslı təxribat...

06
Oktyabr

6 Oktyabr

ANAMA

Ermənistan silahlı qüvvələri Goranboy rayonuna daha bir raket atıb 

Dinc sakinləri hədəfə alan Ermənistan ordusunun “Smerç” reaktiv yaylım atəşi sistemindən atdığı raket Goranboy rayonu ərazisinə düşüb.

Düşmən tərəfindən Goranboy rayonu ərazisinə “Smerç” sistemindən atılmış raket başlığının partlaması nəticəsində onun içərisində olan bombletlər 200 metr radiusda səpələnib. Hazırda ANAMA ərazidə təmizləmə əməliyyatları aparır. Əməliyyatlar çətin və mürəkkəb şəraitdə aparılır və gərgin iş tələb edir. Bu bombalar silahlar arasında ən təhlükəli olanlardandır.