Zəfərin yolu
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il oktyabrın 1-dək 120 milyon 106 min 408,24 manat, 218 min 680,68 ABŞ dolları, 18 min 341 avro və 5000 min rubl vəsait daxil olub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təkcə bir ay ərzində - sentyabrın 1-dən oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 6 milyon 691 min 593,07 manat və 5102,8...
Şanlı ordumuz ermənilərin təxribat və hücumlarına cavab olaraq, əks-hücum əməliyyatları həyata keçirir. İndiyədək bir sıra ərazilərimiz işğaldan azad edilib. Ciddi itkilər verən, döyüş meydanında uduzan və panikaya düşən ermənilər informasiya məkanında təxribatlara əl atmağa başlayıb. Vətəndaşlarımızdan xahiş olunur ki, belə məlumatlara inanmasınlar!
Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərimizdə törətdiyi təxribatın qarşısının alınması, torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın müvafiq Sərəncamı ilə ölkəmizdə qismən səfərbərlik elan olunub.
Ölkəmizin bütün bölgələrində olduğu kimi, astaralı gənclər də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon...
Hərbçilərimiz Cəbrayıl rayonu istiqamətində uğurlu əks-hücum əməliyyatları gerçəkləşdirən vaxtı sosial mediada maraqlı bir foto yayıldı. İrəliləyən rəşadətli Azərbaycan Ordusuna dair fotoların içərisindən seçilən bu şəkil Cəbrayıl rayonunun işğaldan azad edilmiş Horovlu kəndində çəkilmişdi. Sosial şəbəkələrin trendinə çevrilən fotoda Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl rayonundan olan mayoru Camal Qəmbərov əks olunub. O, 7 yaşında tərk etmək məcburiyyətində qaldığı doğma Horovlu kəndindəki həyətlərində...