• Dövlət qurumları
03
Oktyabr

3 Oktyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev: Ermənistan Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Bu, Ermənistan bir daha hansısa dəyərdən, sivil davranışlardan uzaq olduğunu göstərir. Biz beynəlxalq ictimaiyyətə və aidiyyəti strukturlara da müraciət etdik ki, müharibə şəraitində də mülki insanların və mülki obyektlərin qorunması beynəlxalq humanitar hüququn...

03
Oktyabr

3 Oktyabr

Müdafiə Nazirliyi

Düşmənin məhv edilən döyüş texnikasının siyahısı

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

 -  230-dək tank və digər zirehli texnika;

 -  250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

 -  38 ədəd hava hücumundan müdafiə vasitələri;

 -  10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

 -  7 silah-sursat anbarı;

 -  130-dan artıq avtomobil texnikası;

 -  1...

03
Oktyabr

3 Oktyabr

Xarici İşlər Nazirliyi

Ermənistan və erməni diaspor təşkilatları Azərbaycan və onun mülki əhalisinə qarşı terror fəaliyyəti həyata keçirdiyinə görə beynəlxalq hüquqi məsuliyyət daşıyır

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün qarşısının alınması və təmas xətti boyunca sıx məskunlaşmış mülki vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirdiyi cavab tədbirləri çərçivəsində Ermənistan öz silahlı qüvvələrinin məruz qaldığı ciddi itkiləri kompensasiya etmək niyyəti ilə xarici ölkələrdə yaşayan erməni mənşəli diaspora üzvlərini müvəqqəti işğal altındakı Azərbaycan...

03
Oktyabr

3 Oktyabr

Fövqəladə Hallar Nazirliyi

Ermənistan silahlı qüvvələri mülki obyektləri atəşə tutmaqda davam edir

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan vurur.

Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə yanğın baş verib, 20...

03
Oktyabr

3 Oktyabr

Baş Prokurorluq

Erməni silahlı qüvvələrinin ağır artilleriya silahlarından 27 sentyabr 2020-ci il tarixdən 03 oktyabr 2020-ci il tarixədək əhalinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olmuş dinc sakinlər

03
Oktyabr

3 Oktyabr

Daxili İşlər Nazirliyi

Sosial media istifadəçilərinə xəbərdarlıq

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini müxtəlif növ silahlardan atəşə tutmuşdur. Bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlamışdır.

Son günlər daxil olan məlumatlara əsasən, cəbhəboyu zonada vəziyyət haqqında bəzi şəxslər, xüsusilə də sosial media və digər rəqəmsal platforma istifadəçiləri tərəfindən hərbi-siyasi və əməliyyat şəraiti, qoşunların dislokasiyası, hərbi texnika...