![](https://zefer.az/storage/uploads/items/lYhi62GQtlabxEAVvcjy.jpg)
Zəfərin yolu
Oktyabrın 2-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində çağırışçıların təntənə ilə hərbi xidmətə yola salınması mərasimi keçirilib. Tədbirdə çıxış edənlər gənclərin həvəslə və böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşdüklərini vurğulayıblar.
“Azərbaycan Respublikası vətəndaşlarının 2020-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının...
İşğalçı Ermənistanın Azərbaycana qarşı təxribatları davam edir.
Son günlər ermənilər sosial şəbəkələrdə müxtəlif adlarla saxta profillər və saytlar açaraq Azərbaycanla bağlı dezinformasiyalar yayır. Düşmənin məqsədi bununla insanlar arasında çaşqınlıq yaratmaqdan ibarətdir.
Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri təmas xətti boyunca mütəmadi olaraq Azərbaycan Respublikasının mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat törədir və işğalçılıq siyasətini davam etdirir. Bu təxribata cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Bu gün Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir, Azərbaycan torpaqlarında...
Azərbaycanlı sənətçilər Qarabağ uğrunda savaşan əsgərlərə dəstək məqsədilə “Millətəm” adlı layihə ərsəyə gətiriblər. Xalq şairi Sabir Rüstəmxanlının şeirinə bəstələnmiş vətəpərvərlik ruhunda olan mahnı 2 oktyabr 2020-ci il tarixdə izləyicilərə təqdim olunub.
Musiqisi Elçin Cəfərova, aranjmanı Tərlan Məmmədhüseynova aid olan layihənin prodüseri Vüqar Şəfiyev, rejissoru Orxan Əliyev, montajçısı isə Nemət Uğurdur.
Ayaz Qasımov, Xəyyam Nisanov, Xəzər Süleymanlı, Yaşar Cəlilov, Ramal İsrafilov, Samir Piriyev, Emil Bədəlov, Elçin Cəfərov və Elton Hüseynəliyevin yer aldığı hərbi-vətənpərvərlik duyğularını çoşduran “Millətəm”...
Azərbaycan Ordusunun Ermənistanın 193-cü taborunun Hava Endirim Komanda Birliyinin bayraqlarını ələ keçirməsini əks etdirən fotolar sosial şəbəkələrin fenomeninə çevrildi. Yayılan görüntülərdə hərbçimiz əlində işğalçı orduya məxsus döyüş bayrağını tutub.
Hər kəs hərbçilərimizin bu möhtəşəm uğurunu paylaşır, öz döyüş bayrağını atıb qaçan Ermənistan əsgərlərinin isə hansı duruma düşdüyünü göstərirdi. Çünki müharibə dövründə döyüş bayrağını...