Zəfərin yolu
Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı problemin beynəlxalq hüququn normaları, xüsusilə də BMT-nin məlum qətnamələri çərçivəsində həlli olduqca vacibdir.
Bu fikir Ermənistanın törətdiyi təxribatlar səbəbindən bölgədə yaranmış hərbi gərginliklə bağlı Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinovun imzası ilə yayılan bəyanatda əksini tapıb. Münaqişədə Ermənistanın vandallığı nəticəsində Azərbaycanın mülki əhalisi arasında tələfatın olmasından dərin kədər hissi keçirdiyini diqqətə çatdıran baş katib...