• Prezident
13
Oktyabr

13 Oktyabr

Diplomatik təmaslar

Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi və Səudiyyə Ərəbistanının Şahzadəsi Prezident İlham Əliyevə məktub göndərib

Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa və Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Turki Al Faysal Prezident İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Bu günlərdə Sizin barədə çox düşünürük və bəzi fikirlərimizi Sizinlə bölüşmək istərdik. Siz ölkənizin əsas milli maraqlarının son dərəcə təhlükəli şəraitdə qorunub saxlanılması kimi böyük bir çağırışla üz-üzəsiniz. Təcrübəmizdən...

13
Oktyabr

13 Oktyabr

Müsahibələr

İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib.

- Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə birlikdəyik. Cənab Prezident, bir yandan cəbhədə, bir yandan diplomatiyada sıx qrafikiniz var. “Haber Türk”ə vaxt ayırdığınız üçün Sizə çox təşəkkür edirəm.

- Sağ olun.

- Cənab Prezident, Ermənistan ilə Azərbaycan arasında Moskvada 11 saat yarım davam edən bir görüş keçirildi. Ancaq bu görüşdən sonra...

13
Oktyabr

13 Oktyabr

Media

İndoneziyanın “viva.co.id” saytı Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları ilə bağlı məqalə yayıb. Məqalədə qeyd edilir ki, uzun müddətdir işğal altında olan bir sıra ərazilər bu əməliyyatlar nəticəsində azad olunub.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsindən sitatlar da yer alıb.

Məqalədə, həmçinin Gəncə şəhərinin raket hücumuna məruz qalması barədə məlumat verilir. Azərbaycan Prezidentinə istinadla bu raket hücumlarının qarşı tərəfin çarəsizliyinin təsdiqi...