• Dövlət qurumları
13
Oktyabr

13 Oktyabr

Ombudsman

Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində 3 uşaq hər iki valideynini itirib - Ombudsman

Ombudsman Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla əlaqədar həyata keçirilmiş faktaraşdırıcı missiyaya dair hesabat yayıb.

Hesabatda qeyd olunub ki, Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 3 uşaq hər iki valideynini itirib:

“Bununla da Ermənistan...

13
Oktyabr

13 Oktyabr

Müdafiə Nazirliyi

Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə əməl edir

Azərbaycan Ordusunun bölmələri heç bir atəş açmır və hücum həyata keçirmir.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı bildirib: Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə əməl edir.

13
Oktyabr

13 Oktyabr

Xarici İşlər Nazirliyi

Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti hücum gərginliyin artırılması üçün həyata keçirilən dağıdıcı siyasətin növbəti təzahürüdür

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində verdiyi açıqlamada ənənəvi olaraq həqiqətə uyğun olmayan bir sıra məqamlar əksini tapır. Bu məqamlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək və beləliklə, beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədini güdür.

Bununla əlaqədar olaraq Azərbaycan XİN-i xatırladır ki, Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyi son 2...

13
Oktyabr

13 Oktyabr

Fövqəladə Hallar Nazirliyi

Nazir Kəmaləddin Heydərov Gəncədə Ermənistan silahlı qüvvələrinin raket atəşləri nəticəsində dağılmış binalara baxış keçirib

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 2020-ci il oktyabrın 13-də Gəncə şəhərinə səfər edib.

Nazir Ermənistan ordusunun beynəlxalq hüququn norma və prinsiplərini, habelə humanitar atəşkəs rejimini kobudcasına pozaraq raket zərbələri endirdiyi ərazilərə baxış keçirib, hərbi cinayət nəticəsində dağılmış mülki obyektlər və yaşayış binalarının vəziyyəti ilə tanış olub. Sakinlərlə görüşən K.Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş...

13
Oktyabr

13 Oktyabr

Baş Prokurorluq

Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində 42 nəfər həlak olub, 206 nəfər xəsarət alıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 13-ü saat 12:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 42 nəfər həlak olub, 206 nəfər isə xəsarət alıb.

Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya...