• Xalq
13
Oktyabr

13 Oktyabr

Prezidentə yazırlar

Həm ölkənin, həm də dünyanın müxtəlif nöqtələrindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar göndərilir.

Məktublardan bir neçəsini təqdim edirik:

Hasan Demirtaşdan, Antalya, Türkiyə

“Hörmətli cənab Prezident.

Vəzifəmin icrası ilə əlaqədar 3 il Azərbaycanda yaşamışam. İki qardaş ölkənin iqtisadiyyatı, məhsulu və xidmət keyfiyyətinin digər ölkələrlə rəqabət etməsi və üstün olması üçün çox çalışdım. Bu müddət ərzində Azərbaycanla bağlı çoxlu xoş xatirələrim var, eyni zamanda, sadiq dostlar da qazandım.

Bu gün biz işğalçı...

13
Oktyabr

13 Oktyabr

Orduya dəstək

“Əsgərə məktub” aksiyası İmişlidə

Oktyabrın 13-də İmişli rayonunda “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində tədbir təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İmişli regional “ASAN xidmət” mərkəzinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşdırılan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və ASAN könüllüləri qəhrəman Vətən övladlarına ürək sözlərini ünvanlayıblar.

Həmçinin vətənpərvərlik mövzusunda müxtəlif mahnı və şeirlər səsləndirilib.

13
Oktyabr

13 Oktyabr

İnformasiya müharibəsi

Ermənilərin "xeyli yaralı uşaq" var dezinformasiyası

Ermənistan mətbuatı və sosial şəbəkələrin erməni seqmenti fəal şəkildə dezinformasiyalar yaymaqla məşğul olur. Bu dəfə düşmən iddia edir ki, guya Azərbaycan mülki şəxslərə atəş açır. Hətta bununla bağlı paylaşılan foto sonradan ifşa edildi. Ermənilər dünya ictimaiyyətini inandırmağa çalışır ki, işğal etdikləri Dağlıq Qarabağda guya "xeyli yaralı uşaq" var və s.

Qarşı tərəfin əsasən "Facebook" qruplarında yaydığı şəkillər əslində Suriyada gedən döyüşlərdə çəkilmişdi və kadrlardakı uşaqların Ermənistana...