• Ordu
05
Noyabr

5 Noyabr

Hərəkət xəritəsi

Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunması uğrunda keçirdiyi əks-hücum əməliyyatlarını cəbhənin bütün istiqamətlərində davam etdirir.

05
Noyabr

5 Noyabr

Hərbi qənimətlər

Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət olaraq ələ keçirdiyimiz hərbi texnikalar

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət olaraq bölmələrimizin ələ keçirdiyi hərbi texnikaların görüntülərini yayıb.

05
Noyabr

5 Noyabr

Əsgərimiz

Düşməni qorxu içində saxlayan igid zabitimiz

Leytenant Qaraşov Məhəmməd İlham oğlu torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə dəqiq atəşlə düşmənin avtomobil kolonunu məhv edib.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

05
Noyabr

5 Noyabr

Cəbhə xəbərləri

Cəbhədə noyabrın 5-nə olan son vəziyyət

Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.