• Dövlət qurumları
05
Noyabr

5 Noyabr

Prezident Administrasiyası

Hikmət Hacıyev “Sərhədsiz reportyorlar”ın 80 jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsinə dair açıqlamasına münasibət bildirib

"Sərhədsiz reportyorlar” təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsinə dair açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır. Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirmişdi.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.

Prezidentin köməkçisi...

05
Noyabr

5 Noyabr

Müdafiə Nazirliyi

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

05
Noyabr

5 Noyabr

Xarici İşlər Nazirliyi

Ermənistanın dövlət təbliğatı ənənəvi olaraq saxta xəbərlərin hazırlanması və yayılması ilə fəal şəkildə məşğul olur

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək məqsədilə Ermənistanın dövlət təbliğatı ənənəvi olaraq saxta xəbərlərin hazırlanması və yayılması ilə fəal şəkildə məşğul olur. Bu qarayaxma kampaniyasının əsas məqsədi beynəlxalq ictimaiyyəti aldatmaq və beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT-nin Təhlükəsizlik Şurası daxil olmaqla, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq çoxsaylı qərarlara əsaslanan Azərbaycanın...

05
Noyabr

5 Noyabr

Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyi Ermənistan tərəfindən atəşə tutulan yaşayış məntəqələrində maarifləndirmə tədbirlərini davam etdirir

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq dinc əhalinin sıx yaşadığı ərazilərimizi, o cümlədən döyüş meydanından kənarda yerləşən yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutması halları davam edir. Təcavüzkar Ermənistan tərəfi dinc sakinləri hədəfə almaqda davam etdiyindən əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif maarifləndirmə tədbirləri də həyata keçirilir.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi də həmin tədbirlər...

05
Noyabr

5 Noyabr

Baş Prokurorluq

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdədə raket atəşinə tutulması nəticəsində ağır bədən xəsarətləri almış şəxslərdən biri vəfat edib

27 sentyabr tarixindən bu günə kimi Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin ağır artileriyadan atəşə tutulması nəticəsində 405 mülki şəxs yaralanıb, onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunur.

Dərin təəssüf hissi ilə bildiririk ki, 28 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinin mərkəzi hissəsinin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində ağır dərəcəli...

05
Noyabr

5 Noyabr

ANAMA

Ermənistan ordusu Goranboyun kəndinə “Smerç” raketi atıb

Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan və artilleriya qurğularından ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Dinc əhalini və mülki infrastrukturu hədəf alan düşmən Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə mərmilər və qadağan olunmuş bombalar atır.

Düşmənin Goranboy rayonunun Meşəli kəndinə atdığı "Smerç" raketi yaşayış məntəqəsinə yaxın əraziyə düşüb. Raketdən ayrılan iki ədəd bombacıq partlamayıb.

Bu, Ermənistanın mülki şəxsləri məqsədyönlü şəkildə atəşə tutmasına daha bir sübutdur.

Azərbaycan Respublikası...