Zəfərin yolu
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsə baxmayaraq, davamlı hücum etməsini və dinc əhalini hədəfə almasını pisləyib. Bu barədə təşkilatın bəyanatında qeyd olunub.
Bəyanatda təşkilatın Azərbaycanla həmrəyliyi, İƏT və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri vurğulanıb.
“Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır”, - deyə bəyanatda bildirilib.
İranın bir sıra nüfuzlu din xadimləri və İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin yerlərdəki nümayəndələri Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını dəstəkləyiblər.
Ali Rəhbərin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amuli, Qum Elmi Hövzəsinin “Mömüniyyə” mədrəsələrinin direktoru İbadullah Xeyiryan, Urmiyə şəhərinin imam cüməsi Seyid Mehdi Qureyşi, Zəncan şəhərinin imam cüməsi Ayətullah Xatəmi, Təbriz şəhərinin imam cüməsi və Ali Rəhbərin...