Zəfərin yolu
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Fuad Axundov Rusiyanın “Dojd” xəbər kanalının efirində bildirib ki, İrəvan Dağlıq Qarabağ münaqişəsinin diplomatik tənzimlənməsində maraqlı deyil və Ermənistanın baş naziri Nikol Paşinyan vəziyyəti çətinləşdirmək üçün əlindən gələn hər şeyi edir.
F.Axundov ABŞ Dövlət katibi Maykl Pompeonun təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdakı məsləhətləşmələri ilə əlaqədar gözləntilər barədə məsələni şərh edərək deyib:...
Milli Məclisin Sədri Sahibə Qafarovanın ünvanına beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir.
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyassın Milli Məclisin Sədrinə göndərdiyi məktubda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturun, münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, o cümlədən Gəncə şəhərinə raket zərbələrinin...
Xəbər verildiyi kimi, Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Hal-hazırda Ombudsman Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən Ermənistan terrorunun qurbanına çevrilən Gəncə şəhərində birgə faktaraşdırıcı missiya...
Oktyabrın 22-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov tərəfindən ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, brifinqdə Ermənistan Respublikasının münaqişədə birbaşa iştirakı, Ermənistan ərazilərindən döyüş əməliyyatları zonasından aralıda yerləşən Qəbələ, Kürdəmir və Siyəzən rayonlarında yaşayan dinc əhalinin və mülki infrastrukturun raket zərbələrinə...
Ermənistanın silahlı qüvvələri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa dair öhdəliklərini kobud şəkildə pozaraq, Azərbaycanın əhalinin sıx yaşadığı yaşayış məntəqələrini qəsdən atəşə tutmağa davam edir.
Oktyabrın 22-də səhər saatlarında Azərbaycan ərazisi Ermənistan ərazisindən əməliyyat-taktiki raket kompleksindən atılan ballistik raketlərin atəşinə məruz qalıb. Ermənistan silahlı qüvvələri münaqişə zonasından yüzlərlə kilometr məsafədə yerləşən Siyəzən rayonu istiqamətində...
Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama əsasən,çağırışçıların müəyyən edilmiş plan əsasında xidmət yerlərinə göndərilməsi davam etdirilir.
Qrafikə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində çağırışçılar təyin olunduqları qoşun növləri üzrə xidmət edəcəkləri hərbi hissələrə yola salınırlar.
Gənclər müzəffər ordumuzun sıralarında xidmətə yola düşmələrindən şərəf duyduqlarını, hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olacaqlarını, hərbi texnikanın sirlərinə mükəmməl...
Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymaqda davam edir.
Belə ki, 22 oktyabr 2020-ci il tarixdə səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri mühüm dağıntılara...
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) 2020-ci il oktyabrın 21-də Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Goranboy, Naftalan, Kürdəmir və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzi sistemindən 31 və Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərində idarəetmə mərkəzindən bir müraciət daxil olub.
Daxil olmuş 32 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən...