Zəfərin yolu
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Trend İnformasiya Agentliyinə müsahibə verib.
- Hər vaxtınız xeyir, hörmətli Mehriban xanım. İlk növbədə, Azərbaycanın bir sıra şəhərlərinin və yaşayış məntəqələrinin işğaldan azad edilməsi münasibətilə Sizi öz adımızdan və oxucularımızın adından təbrik etmək istərdim.
Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva: Bütün xalqımızı bu əlamətdar hadisələr münasibətilə təbrik edirəm. Demək olar ki, hər gün cəbhədən yaxşı xəbərlər...